"Zirə"nin yarımmüdafiəçisi Salifu Suma təklif bolluğuna düşüb.
Qvineyalı legionerin Kiyev "Dinamo"sunun maraq dairəsinə düşdüyü iddia olunur.
Bildirilir ki, Ukrayna təmsilçisi ona görə 800 min - 1 1 milyon avro təzminat ödəməyə hazırdır.
21 yaşlı sağ vinger "Zirə"yə 2023-cü ildə keçib. Onun klubla müqaviləsi 2027-ci ilin iyununda başa çatır. Bu y ay bitəcək kontraktı ötən həftə 2 illik yenilənib.
Suma bu mövsüm uğurlu oyunu ilə diqqət çəkir. O, bütün turnirlərdə 24 oyunda 6 qol vurub, 4 qolun ötürməsini edib. Afrikalı son olaraq "Qarabağ"a qalib gəldikləri Premyer Liqa matçında (3:2) iki qolun müəllifi olub.
Ukrayna mətbuatının yazdığına görə, Suma ilə Kiyev təmsilçisindən başqa maraqlanan klublar da var.
“Havr”dan “Zirə”yə gəlmiş qvineyalı ilə bağlı son məlumat bir qədər fərqlidir. Redaksiyamıza daxil olan xəbərə görə, hələlik yalnız "Şerif onun transferi üçün "qartallar"a müraciət edib.
Avropa Liqasının ikinci təsnifat mərhələsində "Zirə" ilə qarşılaşmış Moldovanın tanınmış klubu Sumaya görə danışıqlara başlamağa hızır olduqlarını bildirib.
“Zirə“ Moldovada keçirilən ilk oyunda 1:0 hesabıyla qalib gəlib.
Maraqlıdır ki, Suma Mərdəkandadakı cavab görüşünün 40-cı dəqiqəsində rəqibin sifətinə dirsəklə zərbə endirərək, birbaşa qırmızı vərəqə alıb. Bu da duelin müqəddaratını dəyişib.
Rafael Utsiqin 5-ci dəqiqə qoluyla 1:0 önə çıxmış «qartallar» fasilədən sonra üstünlüyünü əldən verib – 1:2. Ümumi hesab bərabərləşdiyindən, tərəflər əlavə vaxta getməli olub, ardınca sıra penaltilər seriyasına gəlib. Burada daha dəqiq oynayan (5:4) qonaqlar
adını növbəti mərhələyə yazdırıb.
SPORTİNFO.AZ