Premyer Liqada 21-ci tur yekunlaşıb.
Sportinfo.az xəbər verir ki, 3-cü oyun günündə 1 matç keçirilib.
Son çempion "Qarabağ" "Zirə"nin qonağı olub. Görüş meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Ötən turda "Turan Tovuz"a məğlub olan Ağdam təmsilçisi bugünkü matçda 2:0 hesablı üstünlüyü qoruya bilməyib. Bakı təmsilçisi geridönüş edərək 3 qol vurub və sonda qələbə qazanıb.
Hazırda turnir cədvəlində "Qarabağ" 50 xalla liderdir, "Zirə" isə 39 xalla 3-cüdür.
“Zirə” – “Qarabağ” 3:2