"Zirə" iki legioneri ilə müqavilə müddətini artırıb.
Sportinfo.az xəbər verir ki, qəsəbə təmsilçisi Salifu Suma və İssa Cibrilla ilə yeni sözləşmə imzalayıb.
Yeni müqaviləyə əsasən hər iki futbolçu 2027-ci il iyunun 30-na qədər "Zirə"nin formasını geyinəcək.
İssa Cibrilla 2022-ci il, Salifu Suma isə 2023-cü ildə "Zirə"yə keçib.