"Zirə" 2025-ci ilə yaxşı start verib.
Rəşad Sadıqovun kollektivi öncə medalçılar uğurunda əsas rəqiblərindən biri olan "Araz Naxçıvan"ı, ardınca isə "Şamaxı"nı məğlub edə bildi.
Qarşıdan isə lider "Qarabağ"la matç gəlir.
Görəsən, uğurlu seriyanı "köhlən atlar"la matçda da davam etdirmək mümkün olacaq?
Paytaxt klubunun kapitanı Qismət Alıyev Sportinfo.az-a açıqlamasında iddialı danışıb:
"Düzdür, iki oyundu qalib gəlirik, lakin həmin matçlar geridə qaldı. Önümüzə baxırıq.
"Qarabağ"ın gücünü bilirik. Məşqlərdə üzərimizdə çalışırıq.
Rəqibi maksimum analiz edirik. İstəyimiz qələbə qazanmaqdır.
İkinci pillədə yer alan "Araz Naxçıvan"dan 6 xal geri qalırıq. Ən azı fərqin böyüməsinə mane olmaq istəyirik".
XANOĞLAN