Premyer Liqanın 20-ci turu çərçivəsində keçirilən "Şamaxı" - "Zirə" görüşünün final fitindən sonra meydanda gərgin anlar yaşandı.
Qonaqların qələbəsi qazanmasına rəğmən Ruan Renato və Aydın Bayramov üz-üzə qaldı.
Yalnız komanda yoldaşları və rəsmilərin müdaxiləsindən sonra onları sakitləşdirmək mümkün oldu.
Matçdan sonra tərəflər məsələyə aydınlıq gətirməkdən imtina etsələr də komandanın kapitanı Qismət Alıyev Sportinfo.az-a açıqlamasında baş verənləri şərh edib:
"Bizim komandada hamı bir-biri ilə mehribandı. Hansısa söhbətə ehtiyac yoxdur.
Aydın başa salmağa çalışırdı ki, həmin epizodda əli ilə oynaya bilməzdim. Çünki xətdən kənarda idim.
Ruan da başqa cür başa düşüb. Sonradan bir-birini başa düşdülər".
XANOĞLAN