COP29

Rəşad Sadıqovun şahmat taxtası

20 Yanvar 22:20 Zirə 240
Rəşad Sadıqovun şahmat taxtası

1:0 «Zirə» üçün spesifik hesab sayılmır.

Mən cari futbol ilini nəzərdə tuturam.

Rəşad Sadıqov dəyişməyib, yanaşmanı dəyişib. Nəticə ilə yanaşı, oyunun özü də ondan yana qiymətlidir.

Bumövsümkü «Zirə»də pozitiv çalar çoxdur. Hər rəqibə bab taktikaya keçid hiss olunmaqdadır.

Məsələn, «Qarabağ»a qarşı oynayırlarsa, açıq futbol təklif eləmirlər. Rəşad Sadıqova görə bu, açıq riskdən çox, mənasız intihar cəhdidir.

«Səbail», «Şamaxı», «Kəpəz» kimi məqsədi Premyer Liqada qalmaq olan komandalarla qarşılaşmalar bir başqa məna daşıyır. «Zirə» bu oyunlarda dominantlıq etməkdən zövq alır.

«Turan Tovuz» və «Araz-Naxçıvan»la oyunları isə onlarla bir tərəziyə qoymaq olmaz. Və Rəşad Sadqov belə də edir,

Futbol məşqçiləri arasında şahmat turniri keçirilsə, mən əminəm ki, Rəşad Sadıqov liderlik uğrunda mübarizə aparar.

«Araz»la duelin müqəddəratını da onun manevrləri müəyyənləşdirdi.

Oyuna sürətli başlayıb erkən qol vurandan sonra mübarizəni orta sahənin sərhədləri daxilində məhdudlaşdıran,

«Araz»ı axır 20 dəqiqə ərzində böyük qüvvə ilə irəli çıxmağa məcbur edən, bunun qarşılığında qonaqların arxa xəttində böyük dəliklər tapan «Zirə»nin fərqə getməsinə sadəcə, ani qərarlar və tələskənlik mane oldu.

KAMİL

Digər Xəbərlər
Xəbər Lenti
20 Yanvar 18:10 Çək və bizə göndər!