COP29

Rəşad Sadıqov: “Futbolçuların çoxu həmin gün evdə olmaq istəyirdi”

01:20 Zirə 211
Rəşad Sadıqov: “Futbolçuların çoxu həmin gün evdə olmaq istəyirdi”

"Zirə" qış toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, "Şamaxı" ilə qarşılaşan "qartallar" 3:1 hesablı qələbə qazanıb. "

Zirə"nin baş məşqçisi Rəşad Sadıqov matç haqda klubun mətbuat xidmətinə açıqlama verib:

“Budəfəki qış fasiləsi əvvəlkilərdən bir az fərqlidir. 28-29 gün vaxt oldu, amma nəzərə almaq lazımdı ki, bu müddət aralığında 31 dekabr var idi.

Plan qurmaq bir az çətin idi. Aydın məsələdir ki, futbolçuların çoxu həmin gün evdə olmaq istəyirdi.

Ona görə də ilk rəsmi oyunumuza hazırlaşmaq üçün 15-16 gün vaxtımız var idi. Hazırlıq üçün istənilən qədər vaxt yox idi.

Bu müddətə də “Şamaxı” və “Qarabağ”la iki yoxlama oyunu planlaşdırmışıq. Bu gün də ilk oyun idi, buna baxmayaraq, futbolçular məsuliyyətli və istəkli idilər.

Düşünürəm ki, hər iki komanda üçün yaxşı hazırlıq oyunu oldu”.

Digər Xəbərlər
Xəbər Lenti
9 Yanvar 18:10 Çək və bizə göndər!
9 Yanvar 02:00 Bu da son gələn!