Bugünlərdə “Zirə” yollarını ayıran Abbas İbrahim Azərbaycanda qalmaq istəməyib.
Qəsəbə təmsilçisi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verən nigeriyalı Premyer Liqanın digər təmsilçilərindən aldığı dəvəti geri çevirib.
27 yaşlı afrikalı “Kəpəz“, “Səbail“ və “Şamaxı“nın icarə təklifini geri çevirib.
Abbas "Zirə"yə 2023-cü ilin fevralında keçmişdi. Onun klubla müqaviləsi bu ilin iyununda başa çatacaqdı.
A.Abrahim 2024/25 mövsümündə "Zirə"də az oyun şansı qazanıb. O, bütün turnirlərdə cəmi 8 oyuna çıxıb və 1 qol ötürməsi edib.
SPORTİNFO.AZ