COP29

Rəşad Sadıqov: "Mən futbolçular arasında fərq qoymuram"

00:50 Zirə 101
Rəşad Sadıqov: "Mən futbolçular arasında fərq qoymuram"

"Zirə" Azərbaycan Kubokunun 1/8 final mərhələsində "Şamaxı"ni 3:1 hesabı ulə məğlub edərək növbəti raunda yüksəlib.

Sportinfo. az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Keçənilki kimi yenə də bizə 1/8 finalda ən arzuolunmaz rəqiblərdən biri düşmüşdü. Rəqib komandanın baş məşqçisi həmişə kuboka önəm verir, son 5-6 ildə 2 dəfə final oynayıb. Bilirdik ki, oyun bizim üçün çətin keçəcək. Amma matça çox yaxşı başladıq və hesabda 2:0 önə keçdik. Ondan sonra da bir neçə təhlükəli hücumumuz var idi. 3-cü qolu vurub oyuna daha rahat davam edə bilərdik. Həmin dəqiqələrdə rəqib yaxşı hücum qurub hesab arasındakı fərqi azaltdı. Bilirdik ki, ikinci hissə çətin olacaq. Şükürlər olsun ki, ikinci yarıya da yaxşı başladıq. "Şamaxı" xarakterli komandadır, sona qədər mübarizə apardılar. Bu period üçün olduqca vacib qələbə qazandıq.

- Heyətdə rotasiyalar etmişdiz. Bu, kuboka daha az önəm verməyinizlə bağlıdır?

- Son matçla müqayisədə əsas heyətdə 7 fərqli futbolçu var idi. Mən futbolçular arasında fərq qoymuram. Mənim üçün hər biri aparıcı oyunçudur. Bütün fikrimiz bugünkü matçda idi. Sabahdan artıq "Kəpəz"lə oyuna hazırlaşacağıq. Bizim üçün vacib səfərdir. Tovuz stadionunda oynamaq həmişə çətindir.

Digər Xəbərlər
Xəbər Lenti
4 Dekabr 04:40 "Ordu"ya qalib gəldilər