Azərbaycan millisinin və "Zirə"nin hücumçusu Rüstəm Əhmədzadənin zədəsi ciddidir.
Sportinfo.az xəbər verir ki, 23 yaşlı hücumçu ötən gün "Qarabağ"a uduzduqları Premyer Liqanın XIII turunun matçında sıradan çıxıb.
Qarşılaşmanın ikinci hissəsində əzələsini dartan forvard 77-ci dəqiqədə Hacıağa Hacılı ilə əvəzlənib.
Onun nə vaxt yaşıl meydanlara qayıdacağı tibbi yoxlanışdan sonra bəlli olacaq.
Rüstəm Əhmədzadə Azərbaycan yığmasına dəvət alsa da, heyətdən çıxarılıb. Onun yerinə komandaya "Qarabağ"dan Musa Qurbanlı cəlb olunub.