Hər yay Avropaya getmək «Zirə»də Rəşad Sadıqovdan yerinə yetirilməsi istənilən məqsəddir.
Bu gün də hədəf dəyişməyib. Biz Sadıqovu yaxşı tanıyırıq, avrokuboklara aparan yolda bütün varlığı ilə çalışacaq.
«Zirə»nin heyəti göz oxşayır. Müdafiə və hücum fazasında xeyli gücləniblər. Yusuf Lavalın gəlişi onları daha da güclü edəcək.
Sabiq «Neftçi»li 2 ildən sonra qayıtdığı Azərbaycana hazır gəlməyib. Zədədən yeni dönüb, formaya düşəndən sonra «Zirə»nin qarşısını almaq üçün rəqiblər çox fikirləşməli olacaq.
Hələlik yaralı yer orta sahəylə bağlıdır. Mərkəzdə boşluqları aradan qaldırsalar, mövsümün axırına yaxın turnir cədvəlinin ilk 3 pilləsindən birinə «dəmir atacaqlar».
Şamaxıya səfər arzuolunmazdır. Ayxan Abbasov az vaxtda böyük iş görüb, əzmkar komanda formalaşdırıb.
«Zirə» Şamaxıda əlahiddə oynamadı, sürəti qaldırmadı, amma qazandı. Qol epizodlarına girməkdə də bir probemləri olmadı.
Daha bir xüsusi məqam: iki qoldan birincisinin ötürməsini Davit Volkov verdi. Gürcüstanlı hücumçu hesabın açılmasına çox sakit yanaşdı.
Elə bil, 10:0 udurlar, bu da sonuncu qoldur. Volkovun sükut reaksiyası bəndənizə çatmadı.
MUSA