COP29

“Haqlı penalti idi, hakim doğru qərar verdi” - Belə etiraf görməmisiz!

19:40 Zirə 375
“Haqlı penalti idi, hakim doğru qərar verdi” - Belə etiraf görməmisiz!

“Zirə”nin qapıçısı Tyaqo Silva Sportinfo.az-a müsahibə verib.

Uzun müddətdir Premyer Liqa oyunlarından kənarda qapaln portuqaliyalı “Araz-Naxçıvan”la oyundan sonra ortaya çıxan sualları cavablandırıb.

- 1:1-lik bərabərliyi necə qiymətləndirirsən?

- Təbii ki, üzgünük. Məqsədimiz qələbə qazanmaq idi. Gördüyünüz kimi, uzun müddətdə hesabda öndə idik. Lakin son dəqiqədə penalti qolu ilə hesab bərabərləşdi. Bundan sonra növbəti oyunu düşünəcəyik.

- Epizod gözlərinin önündə baş verdi. Hakimin penalti qərarı doğru idi?

- Təmiz penalti idi, hakim doğru qərar verdi. Odur ki, deyiləcək söz yoxdur. Heç-heçəyə görə hakimdə nöqsan axtarmağa gərək duymuram. Futboldur, belə hallar olur.

- Felipe Santos 11 metrlik cərimə zərbəsindən qol vuranda nə baş verdi? Hətta oyundan sonra da nəyisə müzakirə edirdiniz.

- Bunu ondan soruşmağınız məsləhətdir. Kiçik epizod idi, dərinə getməyə lüzum duymuram. Oyunun gərginliyi zamanı bəzən kiçik anlaşılmazlıqlar yaşanır. Hakimin start fitindən sonra unuduruq. Felipe yaxşı mövsüm keçirir, bu münasibətlə onu təbrik edirəm. Yalnız bunu deyə bilərəm.

- Son 3 oyunun 1-ni uduzub, 2-də heç-heçə etmisiniz. Maraqlı avrokubok mövsümü keçirdiyinizi nəzərə alsaq, 7 xal itkisini nə ilə əlaqələndirə bilərsən?

- Yayda komandaya yeni futbolçular qoşuldu. Qısa müddətdə xarüqələr yaratmaq mümkün deyil. Bəzən 5-10 oyun uduzmursan, bəzən də əksi yaşanır. Təkcə “Zirə”də deyil, bu, bir çox komandalarda var. Çempionatın sonuna çox var. İtirilən xalları sığortalamaq üçün vaxtımız olacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti