COP29

Tapşırıq verildi! Rəşad Sadıqovu irəlidə dəhşətli günlər gözləyir…

15:00 Zirə 403
Tapşırıq verildi! Rəşad Sadıqovu irəlidə dəhşətli günlər gözləyir…

Hakimlərin «Zirə»yə bəslədiyi antipatiya bitməyibmiş.

Bir ara sakitləşmişdilər. Elə gəlirdi ki, səhvlərini anlayıblar, bundan sonra insaflı olacaqlar.

Səhv fikirləşmişik. Yanlış xəyallara düşdüyümüzü Əliyar Ağayev bizə «izah etdi».

Bir adını çəkdiyim FİFA referisi qalmışdı, onun da «Zirə»yə birmənalı olmayan münasibətini gördük.

Ange Mutsinzinin əlini tapan topa görə son dəqiqələrdə «Araz-Naxçıvan»ı sevindirən penalti təyin etməsinə başqa ad verə bilmirəm. Belə penalmı olur, siz Allah?

Topun hərəkət traektoriyasından bəlli idi ki, afrikalı müdafiəçi o epizodda əlini heç cür yığışdıra, arxasında gizlədə bilməzdi. Çünki topu görmürdü, toxunuş ani refleks də deyildi.

Avropada bu cür penalti göstərən hakimi meydanın ortasında asarlar.

Əliyarın qərar anında özünü necə aparmasına diqqət yetirin, halından məmnunluğunu hiss edəcəksiz. Ən azından «Araz»ın futbolçuları qədər.

Biz indən belə Rəşad Sadıqovun hakimlikdən giley-güzarını daha tez-tez eşidəcəyik. Əliyar Ağayev də «Zirə»yə münasibətdə həmkarlarından geri qalmadısa, Sadıqovu irəlidə nələrin gözlədiyini siz də təsəvvür edə bilərsiz.

Bu, AFFA-dan gələn təlimatdır, tapşırıqdır!

Nə biabırçılıqlar olacaq. Göz önünə gətirirsən, vahimə adamın içini bürüyür.

ELNUR

Xəbər Lenti