Şəkil oktyabrın 26-da Premyer Liqanın 11-ci turu çərçivəsində baş tutan “Araz-Naxçıvan” – “Zirə” qarşılaşmasından çəkilib.
Məkan isə Mərdəkanda yerləşən “Liv Bona Dea Arena”dır.
Soruşa bilərsiniz ki, belədirsə, Zirə təmsilçisinin baş məşqçisi Rəşad Sadıqov niyə Portuqaliya millisi üçün ayrılan texniki zonada yer alıb?
Çünki bu matçdan bir gün əvvəl həmin stadionda qadınlar arasında Azərbaycan – Portuqaliya qarşılaşması keçirilib və Sadıqovun yer aldığı texniki zonada qonaqların məşqçi və futbolçu heyəti əyləşib.
Stadionun “peşəkarlardan” ibarət rəsmiləri isə Portuqaliyanın bayrağını oradan yığışdırmağı unudub. Heç oyunun təşkilinə və keçirilməsinə cavabdehlik daşıyan AFFA nümayəndəsi də buna fikir verməyib,
Deyə bilərsiniz ki, kiçik məsələdir, böyüdüləcək nə var?
Başında bu sual dolaşanlar da bir sual məndən olsun.
İngiltərə Premyer Liqasının “Çelsi” – “Arsenal” matçında texniki zonada Azərbaycan, yaxud Perunun bayrağına rast gəlsəniz, reaksiyanız necə olar?
Razıyam, onlar bunu etməzlər, çünki peşəkardırlar. Bəs, biz nə vaxt peşəkarlaşacağıq görəsən?
Bilməyənlər üçün bildirim ki, Premyer Liqa oyunlarını qəbul edən sözügedən arenanın uzun müddətdir tablosu da işləmir. Buna heç önəm verən də yoxdur.
HƏBİB / SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN