COP29

Xanımının problemi yarandı, sakit qala bilmədi – Ayrılığın səbəbi bəlli oldu

20:40 Zirə 255
Xanımının problemi yarandı, sakit qala bilmədi – Ayrılığın səbəbi bəlli oldu

Xəbər verdiyimiz kiimi, bugünlərdə «Zirə»də gözlənilməz ayrılıq baş verib.

Həkim-fizioterapevt Radişa Milosavljeviç qəsəbə klubunu tərk edib.

Dörd ildən artıq müddətdə burada çalışmış serbiyalı mütəxəssis vətəninə qayıdıb.

Onun ölkəsinə qəfil dönüşünün səbəbi artıq məlumdur. Belə ki, Milosavljeviçin ailəsində problem yaranıb. Həyat yoldaşının səhhəti pisləşdiyi üçün Azərbaycandan getməli olub.

Xanımından gələn xəbərdən sonra özünü işə verə bilməyən balkanlı yekunda müqaviləsinə xitam verilməsini istəyib.

Radişa Milosavljeviçin Azərbaycanda ilk iş yeri «Bakı» olub. O, 2013-cü ildə Bojidar Bandoviçin dəvəti ilə ölkəmizə gəlib və 1 il «zolaqlılar»ın sağlamlığının qeydinə qalıb.

Daha sonra Qurban Qurbanovun dəvətiylə «Qarabağ»a yollanıb. 2019-cu ilin yanvarında «Qarabağ»ı «Kayserispor»a dəyişib.

Türkiyədə Robert Prosineçki ilə bir neçə ay çalışdıqdan sonra işsiz qalıb. Rəşad Sadıqov “Qarabağ”dan yaxşı tanıdığı serbiyalıya belə bir vaxtda yardım əlini uzadıb, Azərbaycana qaytarıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti