COP29

"Zirə"nin dərdi nədir?

26 Oktyabr 2024 14:00 Zirə 759
"Zirə"nin dərdi nədir?

"Zirə"nin 3 oyunluq qələbə seriyası ötən tur Tovuzda başa çatdı.

"Qartallar" xüsusilə ikinci yarısını bərbad çıxış etdiyi matçda rəqibinə minimal hesabla (0:1) məğlub oldu.

Elə oyundan sonrakı mətbuat konfransında da baş məşqçi Rəşad Sadıqov ikinci yarı ilə bağlı narahatlığını aşkar dilə gətirdi:

"Təhlil edəcəyik ki, niyə ikinci hissə bu qədər zəif keçdi, rəqibə bu qədər rahat oynamağa imkan verdik. Yetərincə vaxtımız olacaq ki, ikinci hissədə oynadığımız futbolu təhlil edək".

Düşünmək olardı ki, "Turan"a qarşı ikinci yarıda göstərilən oyun bir təsadüfdir.

Və ya problem varsa, Sadıqov təhlil edib, problemləri tapacaq və növbəti tur daha yaxşı "Zirə" görəcəyik.

Görünür, arxada qalan 1 həftə problemin həlli üçün yetərli zaman olmayıb.

Çünki "Sabah"la qarşılaşma sanki Tovuzdakı ikinci yarının davamı idi.

Yenə üstün tərəf, daha çox qol imkanları yaradan "Sabah" oldu. Masazır klubunun haqq etdiyi qələbəyə, sadəcə Papunaşvilinin son saniyələrdə fərdi ustalığı sayəsində vurduğu qol mane oldu.

"Zirə"ni son iki turda tanımaq olmur. Kollektivin enişdə olduğu aydın sezilir.

Yayda avrokuboklarda gördüyümüz komanda hara, bugünkü komanda hara. Arada yer-göy qədər fərq var.

Getdikcə turnir cədvəlində irəlidə olan rəqiblərlə də fərq artır.

Arxadan isə Samir Abasovlu "Neftçi" gəlir.

Deməli, "Zirə" adına bir az tələsmək və dəyişmək mütləq lazımdır.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti