COP29

"Azərbaycanda oynadığım və yaşadığım üçün çox xoşbəxtəm"

08:40 Zirə 130
"Azərbaycanda oynadığım və yaşadığım üçün çox xoşbəxtəm"

"Azərbaycanda futbol oynadığım və yaşadığım üçün çox xoşbəxtəm".

Sportinfo.az xəbər verir ki, bunu "report"a açıqlamasında Premyer Liqada 100-cü oyununu keçirən "Zirə"nin legioneri Ruan Renato deyib.

Braziliyalı müdafiəçi ölkə çempionatının IX turunda "Turan Tovuz"la qarşılaşmaya təsadüf edən yubiley matçı barədə danışıb:

"Təəssüf ki, qarşılaşma "Zirə"nin 0:1 hesablı məğlubiyyətli ilə başa çatıb. Özümlə bağlı onu deyə bilərəm ki, karyeramın ən önəmli mərhələsindəyəm.

Premyer Liqada keçirdiyim oyunların sayı 100-ə çatdı. Azərbaycanda futbol oynadığım və yaşadığım üçün çox xoşbəxtəm.

Ailəm və mənim üçün Bakıda yaşamaq, uyğunlaşmaq çox rahatdır. Təbii ki, belə olduqda mən də oyunlara motivasiyalı çıxıram.

Komandamda işlər yolunda gedir. "Zirə"yə təşəkkürümü bildirirəm. Əlimdən gələni edəcəyəm ki, keçirəcəyim oyunların sayı bir qədər də artsın".

Azərbaycanda daha əvvəl "Qəbələ"də çıxış edən R.Renato bu klubun heyətində 59 görüş keçirib. "Zirə"də isə "Turan Tovuz"la matç onun üçün 41-ci olub.

Xəbər Lenti
22 Oktyabr 21:20 Mahir Emreli nəsə edib?