Qətərdə səfərdə olan “Zirə”nin idarə heyətinin sədri Orxan Məmmədov yerli “Ər-Rayyan”ın rəsmiləri ilə görüşüb.
Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, qətərlilərin vitse-prezidenti Ali Salem Afifa və idman direktoru Mohammed Alatvaanla görüşdə müxtəlif fikir mübadilələri aparılıb və təcrübələr bölüşülüb.
Görüş zamanı komandaların gələcəkdə bir-birləriylə yoxlama oyunu keçirmə perspektivi də müzakirə edilib.
Tərəflər daha sonra isə Asiya Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirilən “Ər-Rayyan” - “Əl-Əhli” (Səudiyyə Ərəbistanı) oyununu izləyiblər.