COP29

Son anda məğlubiyyətdən xilas olmağın ləzzəti bu VİDEOda

21 Oktyabr 00:30 Zirə 208
Son anda məğlubiyyətdən xilas olmağın ləzzəti bu VİDEOda

“Zirə” Azərbaycan Premyer Liqasının X turunda “Sabah”ı qəbul edib.

Sportinfo.az xəbər verir ki, Zirə Olimpiya İdman Kompleksində baş tutan matçda 1:1 hesablı heç-heçə qeydə alınıb.

Görüşdə hesab 7-ci dəqiqədə açılıb. Cesse Sekidika meydan sahiblərinin qapısına yol tapıb.

Rəşad Sadıqovun komandası 90+1-ci dəqiqədə məğlubiyyətdən xilas olub.

“Zirə” turnir cədvəlində 4-cü, “Sabah” isə 5-ci yerdədir. Hər iki komandanın 16 xalı var.

“Zirə” - “Sabah” 1:1
Qollar:
Giorgi Papunaşvili, 90+1 // Cesse Sekidika, 7
Zirə İdman Kompleksinin stadionu, 800 tamaşaçı
Baş hakim: Rəşad Əhmədov
Baş hakimin köməkçiləri: Vüsal Məmmədov, Zöhrab Abbasov
Dördüncü hakim: Əli Əliyev
VAR: Elçin Məsiyev
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Elçin Məmmədov
Sarı vərəqələr: Məqsəd İsayev, 45 (qeyri-idman hərəkəti) // Cesse Sekidika, 43 (qeyri-idman hərəkəti)
Rəsmi şəxsə göstərilən qırmızı vərəqə: Saşa Sablyak, (“Sabah”), 45+4 (oyunun bərpasını ləngitdiyinə görə)

Artırılan vaxt: I hissədə 4 dəq; II hissədə 5 dəq.

“Zirə”: 13. Aydın Bayramov 7. Məqsəd İsayev 32. Qismət Alıyev (k) (10. Giorgi Papunaşvili, 72) 29. Ceyhun Nuriyev (11. Rüstəm Əhmədzadə, 76) 4. Ruan Renato 90. Davit Volkov 23. Rafael Utziq 3. Ange Mutsinzi 15. Pyer Zebli (8. İsmayıl İbrahimli, 46) 18. Junior Martins (24. Yusuf Laval, 46) 6. Eldar Quliyev (19. Salifu Suma, 83)
Ehtiyat oyunçular: 97. Tiaqo Silva 41. Anar Nəzirov 21. Hacıağa Hacılı 16. Fuad Bayramov 14. Elçin Əlicanov 5. Stefan Aka 17. Ayron Qomis
Baş məşqçi: Rəşad Sadıqov

“Sabah”: 55. Nicat Mehbalıyev 17. Tellur Mütəllimov 2. Amin Seydiyev (k) 6. Abdulax Xaybulaev (44. Sofian Çakla, 83) 20. Coy Lens Mikels (9. Anatoli Nuriyev, 76) 18. Pavol Safranko 40. İqor Noqeyra 70. Cesse Sekidika (88. Xəyal Əliyev, 83) 3. Con İrasabal 13. İvan Lepiniça (77. Şakir Seyidov, 41) 11. Kahim Parris
Ehtiyat oyunçular: 1. Yusif İmanov 94. Rəvan Mirzəmmədov 10. Namik Ələskərov 5. Rəhman Daşdəmirov 22. Abdulla Rzayev 99. Neqoş Kupusoviç
Baş məşqçi: Krunoslav Renduliç

Digər Xəbərlər
Xəbər Lenti