COP29

Rəşad Sadıqovun açıq qalan sualına kim cavab verəcək? - VİDEO

16:00 Zirə 205
Rəşad Sadıqovun açıq qalan sualına kim cavab verəcək? - VİDEO

“AFFA Hakimlər Komitəsinin yeni sədri Frank De Bleker hakimləri qorumağa çalışır, ancaq onları müdafiə edir”.

Bu sözlər futbol eksperti Emin Abbasova aiddir.

O, federasiyanın müvafiq komitəsinin belşikalı yeni sədrinin faəliyyətini tənqid edib.

ATV kanalında yayımlanan “Futbolumuz” verlişində Premyer Liqanın ötən turunda qeydə alınan mübahisəli hakim qərarlarını incələyən tanınmış teleşərhçi “Zirə”nin baş məşqçisi Rəşad Sadıqovun “Turan Tovuz”la matçdan (1:0) sonra səsləndirdiyi fikirlərə haqq qazandırıb.

Bildirib ki, “fit sahiblər”inin bütün komandalara münasibəti eyni deyil, onlar tərəflərdən asılı olaraq fərqli qərarlar verirlər.

R.Sadıqov nə demişdi? Gəlin, onun hakimbaşıya ünvanladığı sualı bird aha xatırlayaq:

“Əvvəllər "Sabah" bloklardan çox istifadə edirdi, indi isə "Turan Tovuz". Çox xahiş edirəm hakimlərdən xahiş edirəm desinlər, blok icazəlidir, ya yox?

Soruşmuşam, dəfələrlə də deyilib ki, blok qoymaq icazəli deyil. Amma rəqibimiz cinah asmalarında da blok qoyurdu, kornerlərdə də.

VAR isə buna müdaxilə etmir. Həmin epizodda görməmişəm, bilmirəm blok var idi, ya yox. Amma məşqçilərimiz ona etiraz edirdi.

Böyük ehtimalla, təmiz qol idi. Nəsə olsaydı, VAR-dan geridönüş edilərdi. Amma ümumən deyirəm ki, blokla bağlı hakimlərimiz tədbir görsün.

Blok qoymağa icazə verilmirsə, klublara bildirilsin. Olsa belə, VAR-dan bildiriş gəlsin.

Əgər olarsa, biz də qoyaq. Bəzi komandalar edir, bəziləri etmir".

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti