COP29

Məsut Özil "Zirə"də - Qəsəbədən FOTOLAR

12 Oktyabr 14:20 Zirə 2 539
Məsut Özil "Zirə"də - Qəsəbədən FOTOLAR

Almaniya yığmasının Türkiyə əsilli sabiq ulduzu, dünya çempionu Məsut Özil "Zirə" klubunun qonağı olub.

Sportinfo.az xəbər verir ki, görüşdə qəsəbə təmsilçisinin Muşahidə Şurasının sədri Orxan Məmmədov və əsas komandanın baş məşqçisi Rəşad Sadıqov iştirak ediblər.

Keçmiş yarımmüdafiəçi Zirə İdman Kompleksində klubun U-19 komandası ilə görüşüb və futbolçulara öz tövsiyələrini verib.

Mesut Özil karyerası ərzində Almaniyada "Şalke 04", "Verder", İspaniyada "Real", İngiltərədə "Arsenal", Türkiyədə "Fənərbağça" və "Başakşehir" kimi klubların formasını geyinib.

O, 2014-cü ildə Almaniya yığması ilə dünya çempionu olub.

Digər Xəbərlər
Xəbər Lenti