COP29

"Neftçi"də parlayan əcnəbidən XOŞ XƏBƏR var

12 Oktyabr 19:00 Zirə 5 406
"Neftçi"də parlayan əcnəbidən XOŞ XƏBƏR var

"Zirə”nin heyətinə qatdığı ən yeni futbolçu Yusif Laval oldu.

Qəsəbə təmsilçisinin nigeriyalı vingeri transfer etməsindən 1 aydan artıq vaxt ötür.

Amma hələ də Lavalı "qartallar"ın formasında meydanda görə bilməmişik.

Afrikalının zədədən əziyyət çəkdiyi, formasından uzaq qaldığı məlum idi.

Bəs onun problemləri arxada qoyub, yaşıl meydanlara qayıtması nə vaxt gerçəkləşə bilər?

Sorğumuza cavab olaraq klubun mətbuat xidmətinin rəhbəri Elmar Abdullazadə saytımıza açıqlamasında fanatları sevindirəcək xəbəri verib:

"Lavalın durumu hazırda normaldır. Məşqlərə başlayıb. Artıq bir neçə gündür kollektivlə birgə hazırlıq keçir. Qarşıdakı tur meydanda olub-olmayacağını indidən demək çətindir. Yalnız oyun günü bu suala cavab tapmaq olar".

Xatırladaq ki, paytaxt klubu Nigeriyalı vingerlə 2+1 illik müqavilə bağlayıb.

Ölkəmizdə “Neftçi”dəki çıxıxışı ilə tanınan 26 yaşlı futbolçu həmçinin Belçikanın “Lokeren” formasını geyinib.

Onun sonuncu klubu 2023-cü ilin yanvarından çıxış etdiyi Portuqaliya “Aroka”sı olub.

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti