Azərbaycan Premyer Liqasının VIII turunda "Şamaxı" öz meydanında "Turan Tovuz"u qəbul edib.
Sportinfo.az xəbər verir ki, görüşü izləyənlər arasında "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov da yer alıb.
Mütəxəssis qarşılaşmanı köməkçisi Eltun Yaqublu ilə birgə izləyir.
Sadıqovun Şamaxıya gəlməsi səbəbsiz deyil. Çünki onun komandası növbəti turda səfərdə "Turan Tovuz"un qonağı olacaq.
Bu səbəbdən də "Zirə"nin baş məşqçisi rəqibi iş başında canlı görmək istəyib.