Azərbaycan Premyer Liqasının VIII turunda "Zirə" "Kəpəz"i məğlub edib.
Sportinfo.az xəbər verir ki, qəsəbə təmsilçisi rəqibini 3:0 hesabı ilə üstələyib.
42-ci dəqiqədə Ceyhun Nuriyev, 51-ci dəqiqədə Rüstəm Əhmədzadə, 57-ci dəqiqədə Davit Volkov fərqlənib.
"Qartallar" bu nəticədən sonra 15-ci xalını qazanıb və ikinci sıradakı "Qarabağ"a çatıb. Bütün görüşlərdə uduzan "Kəpəz" sonuncu - 10-cu pillədə qərarlaşıb.