“Zirə”nin baş məşqçisi Rəşad Sadlqov “Neftçi”dən ayrılan Qara Qarayev və klubda kapitanlığı alınan Emin Mahmudov barədə danışıb.
Sportinfo.az xəbər verir ki, Sadıqov jurnalistlərij bununla bağlı suallarını da cavablandırıb.
O bildirib ki, Qara ilə keçən il görüşmüşüb:
“Qarabağ"dan ayrıldıqdan sonra onu "Zirə"yə gətirmək istəyirdik. O, "Neftçi"yə keçdi və orada oynamağa qərar verdi.
İndi isə elə vaxtda azad agent kimi qaldı ki… Təbii ki, onun kimi futbolçunu hər bir komanda heyətdə görmək istəyər.
Sadəcə, indi bizdə onun mövqeyində 4-5 oyunçu var. Qara ilə bu il danışığımız olmayıb.
Düzü, ötən mövsüm onu komandaya gətirməkdə israr edirdim. Lakin o, sonda "Neftçi"ni seçdi.
Bizim onunla münasibətimiz elədir ki, bu qərarı münasibətimizə təsir etməz. Məni də sıxan müəyyən nüanslar var.
Qara oynamalı olan futbolçudur. Hardasa qalmaq onun üçün yaxşı olmaz.
Qara matçlarda iştirak etməlidir, iddialı futbolçudur. Qara ilə münasibətimiz qaydasındadır.
Futbol haqda söhbətlərimiz də olur. Lakin transfer barədə onunla danışığımız olmayıb”.
“Emin Mahmudovu komandanızda görmək istəyərdinizmi?” sualına isə R.Sadıqov belə cavab verib:
“Təbii ki, hamı bunu istəyər. Futbolda uğursuz periodlar olur.
Kapitan kimi məsuliyyətin böyük hissəsi ona düşür. Məncə, Emin "Neftçi"də layiqli kapitan olub.
Roman Qriqorçuk təcrübəli mütəxəssisdir. Məncə, Mahmudov yoluna davam etməlidir. Bizi əvvəlki oyunları ilə sevindirməlidir”.