COP29

Rəşad Sadıqov Emin Mahmudovu “Zirə”də görmək istəyir

23 Sentyabr 09:00 Zirə 4 110
Rəşad Sadıqov Emin Mahmudovu “Zirə”də görmək istəyir

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov "Neftçi"də kapitanlıqdan uzaqlaşdırılan EMin Mahmudov haqqında danışıb.

Sportinfo.az xəbər verir ki, o, millinin kapitanı olan yarımmüdafiəçinin öz komandasına mümkün transferi ilə bağlı sualı cavablandırıb.

R.Sadıqov Emin Mahmudovun "Neftçi"də öz yoluna davam etməli olduğunu deyib:

"Təbii ki, hamı Emin Mahmudovu komandasında istəyər. Futbolda uğursuz periodlar olur.

Kapitan kimi məsuliyyətin böyük hissəsi ona düşür. Məncə, Emin "Neftçi"də layiqli kapitan olub.

Roman Qriqorçuk təcrübəli mütəxəssisdir. Mahmudov yoluna davam etməlidir. Bizi əvvəlki oyunları ilə sevindirməlidir".

Bbaş məşqçi Roman Qriqorçukun qərarı ilə “Neftçi”nin yeni kapitanı Ramil Şeydayev, vtse-kapitanlar isə Yuri Matias və Robert Bauerdir.

Digər Xəbərlər
Xəbər Lenti