“Zirə”yə böyük ümidlərlə transfer edilmiş Toni Qomeş ölkəmizi tərk etdikdən sonra İsraildə çıxış edirdi.
Sportinfo.az xəbər verir ki, qvineya-bissaulu forvard “Hapoel Hadera”da da çox qalmayıb. O, Cənubi Koreyaya yollanıb.
25 yaşlı forvard Cənubi Koreyanın “Sonnam” klubu ilə anlaşıb. O, mövsümün sonuna qədər ikinci liqada oynayacaq.
Toni 2022-2023-cü illərdə "Zirə"də çıxış edib.