COP29

"Bərabərlik də pis nəticə sayılmayacaqdı" - Rəşad Sadıqov

15 Sentyabr 20:30 Zirə 501
"Bərabərlik də pis nəticə sayılmayacaqdı" - Rəşad Sadıqov

"Futbolçularımı təbrik edirəm. Vacib üç xal qazandıq. Oyun bizim üçün uğurlu başladı. İlk dəqiqədə pressinq tətbiq edərək, topu əldə edib qapıya zərbə vurduq. Hesabı açdıq. Ondan sonra oyun daha çox ortada keçirdi. İlk hissədə ərazi üstünlüyümüz var idi. Bilirdik ki, fasilədən sonra rəqib daha çox irəli atılacaq. Futbolçularımız tempdən düşmədi və lazım olan ikinci qolu vurduq. Bizim üçün çox vacib qələbə qazandıq".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Premyer Liqanın 6-cı turunun "Neftçi" ilə oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib.

O, jurnalistlərin suallarını da cavablandırıb.

- Bugünkü "Zirə" görmək istədiyiniz komandadır?

- Faiz nisbəti olaraq deməyəcəm. Oyunçulardan razıyam. Çempionatda iki məğlubiyyətimiz var idi. Nəticə psixoloji cəhətdən çox önəmlidir. Bərabərlik də pis nəticə sayılmayacaqdı.

- Yusuf Lavalın transferində Junior Martinsin zədələnməsi önəmli rol oynadı?

- Lavalla danışığımız mövsümün əvvəlində olmuşdu. Klub buraxmırdı. Ani baş verdi keçid. Məsələ Juniorun zədəsi ilə bağlı deyil. Hücumda cəmi 5 futbolçu var idi. Axtarışlarımız davam edirdi. Tam istədiyimiz variant çıxmırdı. Laval təklif olunduqda, düşünmədən imzaladıq. Bilirdik ki, zədəsi var. Beş-altı həftə sonra bizə qoşulacaq. Uzun müddət komandamıza xidmət etməsini düşünürük. Altı hücumameyilli oyunçumuz var. Sağlam rəqabət olacaq.

- Filipe Paxtmanın taleyi necə olacaq?

- Artıq üçüncü dəfə zədələndi. Müalicə olunacaq. Çarpaz bağlar qopan futbolçunun müalicə yolu ilə düzəldiyini bilmirəm. Onlar əməliyyatı yox, müalicəni seçib.

- Ayron Qomisin iştirak ərizəsində adının olmaması nə ilə bağlıdır?

- "Kasımpaşa" ilə toplanış keçmişdi. Komandamıza da qoşulmuşdu, sadəcə zədələndi. Futbolda belə hallar olur. Sağlam olan futbolçularımız itkiləri hiss etdirmirlər.

- Avrokuboklardakı çıxışınız sizə inam qazandırıb?

- Bəzən mənfi təsiri olur, bəzən müsbət. İki sezon əvvəl "Makkabi" ilə oyundan döndük və uçurama düşdük. Çempionatı uğursuz başladıq. Sonda da təsirini göstərdi. Bilmirik sabah necə olacaq. Zaman göstərəcək. Rəqib üzərində üstünlüyümüz o idiki, daha çox hazırlaşmışıq, daha çox oyun keçirmişik. "Neftçi"nin baş məşqçisi yeni gəlib. Əminəm ki, "Neftçi" qarşıdakı turlarda toplarnacaq. Görünən odur ki, olduqca gərgin və maraqlı çempionat olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:50 Bu oyunda favorit sənsən!
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 11:00 Xeyir və uğur bundadır!