COP29

Bu klub Premyer Liqada fırtına əsdirəcək!

11 Sentyabr 14:40 Zirə 5 063
Bu klub Premyer Liqada fırtına əsdirəcək!

Avrokuboklarda uğurlu mövsüm keçirən "Zirə"nin daxili yarışlarda işləri heç də yolunda getmir.

"Qartallar"ın "Araz Naxçıvan"la matçı təxirə salınıbsa, meydana çıxdığı digər 4 görüşdə isə 2 məğlubiyyət alıb.

Son 2 görüşdə xala həsrət qalan klub hazırda aktivindəki 6 xalla turnir cədvəlində 5-ci pillədə qərarlaşıb.

Amma bu görüntü heç də sizi aldatmasın.

Keçici olacağı ehtimalı çox yüksəkdir.

Fırtına öncəsi səssizlik də demək olar.

Çünki bütün düşüncəsini Avropa səhnəsində uğurlu olmağa yönəldən Rəşad Sadıqov daxili arenadakı matçlara o qədər də diqqət ayıra bilmirdi.

Bu, istəsə belə mümkün deyildi.

Təsəvvür edin "Zirə" 11 iyul - 29 Avqust aralığında 8-i avrokuboklar olmaqla 11 matça çıxıb.

Heç "Qarabağ" həmin periodda bu sayda oyun keçirməyib.

Xüsusilə penaltilər seriyasına kimi uzanan "Şerif" və "Osiyek"lə cavab oyunları təmsilçimizi əməlli-başlı yormuşdu.

Belədə iki cəbhədə də döyüşmək üçün iki heyətin olması şərtdir. Təbii ki, kollektiv indiki məqamda buna hazır deyildi.

Çıxış yolu çempionat matçlarında rotasiyalara getmək, zədələrdən qaçmaq ehtiyatını əldən verməməkdə idi.

Bunları edincə xal itkiləri qaçılmaz olurdu.

İndi isə qarşımızda 14 gün yaxşı dincələn, fiziki durumunu yaxşılaşdıran, psixoloji olaraq liqaya tam köklənən bir "Zirə" var.

Əgər xüsusi nəsə baş verməsə, "Omoniya" faciəsi xaric, avrokuboklardakı digər 7 görüşdə gördüyüm "Zirə" Premyer Liqada fırtına əsdirəcək.

Çempionluq mübarizəsində olmayacaq, amma avrokuboklara getmək məsələsini asanlıqla həll edəcək.

Bəlkə də finişə həftələr qalmış.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:00 Bütün komanda “tikir”?
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 10:40 Razı qalacaqsız…
17 Sentyabr 03:20 Rus qızı Marina Gəncədə
16 Sentyabr 23:20 Varmı mənə kəm baxan?