COP29

Azərbaycanda iki komanda dəyişdi, “100”ə “salam” dedi

3 Sentyabr 17:20 Zirə 746
Azərbaycanda iki komanda dəyişdi, “100”ə “salam” dedi

Rafael Utziq Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib.

Sportinfo.az PFL-ə istinadən xəbər verir ki, "Zirə"nin braziliyalı legionerinin yubileyi Premyer Liqanın V turunun “Qarabağ”la ev görüşünə (1:3) təsadüf edib.

28 yaşlı hücumçu bu qarşılaşmada sonradan meydana çıxıb. Utziq Premyer Liqadakı 100 matçda 18 qola imza atıb.

Cənubi amerikalı “Qəbələ”də 81 oyunda 15, “Zirə”dəki 19 matçda 3 qola sevinib. O, Premyer Liqada 2020-ci il sentyabrın 19-da “Qəbələ”nin “Keşlə” (indiki “Şamaxı”) ilə ev görüşündə (0:0) debüt edib.

Digər Xəbərlər
Xəbər Lenti