COP29

Azərbaycan klubunun əcnəbisi: “Gərək, gələn il daha da güclü qayıdaq".

2 Sentyabr 01:10 Zirə 341
Azərbaycan klubunun əcnəbisi: “Gərək, gələn il daha da güclü qayıdaq".

"Zirə"nin hücumçusu Rafael Utziq "qartallar"ın bu mövsüm avrokubokların seçmə mərhələsindəki çıxışından yazıb.

Sportinfo.az xəbər verir ki, braziliyalı instaqram səhifəsində bunları qeyd edib:

"Konfrans Liqasının əsas mərhələsinə vəsiqə qazana bilmədik. İndi gərək bütün diqqətimizi çempionat matçlarına yönəldək, gələn il daha da güclü qayıdaq. Yolumuza davam edək!".

“Zirə” Konfrans Liqasının pley-off mərhələsində Kiprin “Omoniya” klubuna ilk oyunda 0:6 uduzub, ikinci görüşdə isə 1:0 məğlub etsə də, qrup mərhələsinə vəsiqə əldə edə bilməyib.

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 16:30 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM