COP29

Premyer Liqa klubu 3 futbolçunun dopinq testindən keçməsinə şərait yaratmayıb?

30 Avqust 03:00 Zirə 492
Premyer Liqa klubu 3 futbolçunun dopinq testindən keçməsinə şərait yaratmayıb?

AFFA İntizam Komitəsinin "Zirə"ni 2000 manat cərimələməsinin səbəbi bəlli olub.

Sportinfo.az xəbər verir ki, bu barədə "report"a açıqlamasında İntizam Komitəsinin sədri Erkin Hüseynov bildirib.

Onun sözlərinə görə, qəsəbə təmsilçisi “Şamaxı” ilə Premyer Liqanın IV turunun matçı başa çatdıqdan sonra üç futbolçunun dopinq testindən keçməsinə şərait yaratmayıb:

"AFFA nümayəndəsi oyundan 120 dəqiqə əvvəl iclas keçirir və göstərişlərini çatdırır. Dopinq otağı təmiz olmalı və oraya su qoyulmalıdır.

Yaxın məsafədə isə ayaqyolunun olması mütləqdir. Qarşılaşma bitdikdən sonra isə oyunçulardan analiz götürülməlidir.

Hər klubdan üç futbolçu seçilir. Sadəcə, "Zirə" bunu təşkil etməyib. Biz AFFA nümayəndəsinin yazdıqlarına əsasən qərar çıxarmışıq".

"Zirə"nin mətbuat xidmətinin rəhbəri Elmar Abdullazadə isə bunları söyləyib:

"Xeyr, futbolçularımız dopinq testində iştirak ediblər. Bunlar Ange Mitsinzi, Davit Volkov və Qismət Alıyevdir. Hər üçü orada olublar".

İntizam Komitəsi "Zirə"ni AFFA nümayəndəsinin tələblərinə əməl etmədiyi üçün 2000 manat cərimələyib. Sözügedən oyun "Şamaxı"nın qələbəsi ilə başa çatıb - 1:0.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 22:40 "Sabah" icarəyə verdi