"Zirə"nin qapıçısı sanki güləşçidir, rəqibə "brasok" atır".
Bu açıqlama futbol eksperti Emin Abbasova aiddir.
O, ATV kanalında yayımlanan “Futbolumuz” verlişində “Zirə”nin Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda “Omoniya”ya 0:6 hesablı məğlubiyyətindən söz açıb.
Bildirib ki, “qartallar” Kipr səfərində çoxsaylı fərdi və kollektiv səhvlərə yoç verib, bu da yekun nəticənin belə acınacaqlı alınmasına səbəb olub.
Qapıçı Tiaqo Silvanın kobud xətasını xatırladan tanınmış teleşərhçi deyib ki, hesab 2:0 olandan qonra “Zirə”lilər tamamilə ruhdan düşüb, müqaviməti dayandırıb.
Ekspert qeyd edib ki, Premyer Liqanın gümüş medalçısı büdcə sarıdan “Omoniya”dan xeyli geri qalır və futbolçular arasında səviyyə fərqi səfər matçında özünü bütün çılpaqlığı ilə göstərib.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN: