COP29

“Zirə”yə TƏHLÜKƏ VARMI?

29 Avqust 16:40 Zirə 763
“Zirə”yə TƏHLÜKƏ VARMI?

“Zirə” Konfrans Liqasının pley-off mərhələsinin cavab görüşündə “Omoniya”nı qəbul edəcək.

İlk oyunda Nikosiya təmsilçisinə 0:6 hesabı ilə uduzan qəsəbə təmsilçisinin əsas mərhələyə yüksəlmək şansı möcüzəyə bərabərdir.

Lakin doğma meydanda qələbə qazanıb cari avrokubok mövsümünün qapısını bərk çırpmaq yerinə düşər.

Bunun özü də kifayət qədər çətin görünür.

İş burasındadır ki, “Omoniya” təkcə ev komandası deyil. Kiprlilər son 2 ildə səfərdə matçlarında da qələbələri sıralamaqdadır.

Ötən və cari avrokubok mövsümündə ümumilikdə 9 oyun keçirən “ağ-yaşıllar” bu oyunların 8-ni qalibiyyətlə başa vurub və yalnız 1-də uduzub.

Rəqib meydanında keçirdiyi son 4 duelin 3-də hədəfi dəqiq nişan alan “Omoniya” səfərdə yalnız “Midtülland”a boyun əyib. Göstərici belədir.

Qəbələ - Omoniya 2:3

Midtülland – Omoniya 5:1

Torpedo (Kutaisi) – Omoniya 1:2

Fehervar – Omoniya 0:2

2021-ci ildə Bakıda “Qarabağ”la 2:2 hesablı heç-heçəni, 1 il sonra “Gent”in meydanında əldə olunan 1:0 hesablı qələbəni də göz önünə gətirəndə, “Zirə”nin işinin asan olmayacağı görünür.

Avqustun 29-da “Dalğa Arena”da komandalar arasında baş tutacaq cavab görüşü saat 20:30-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
21 Dekabr 18:10 Çək və bizə göndər!
21 Dekabr 11:00 Işiniz AVAND olsun!
21 Dekabr 08:00 Hərbçimiz minaya düşdü
21 Dekabr 04:00 Komissiya sədri seçildi