COP29

Rəşad Sadıqov ürəyindən keçənləri gizlətmədi - VİDEO

29 Avqust 11:20 Zirə 708
Rəşad Sadıqov ürəyindən keçənləri gizlətmədi - VİDEO

"İlk oyunda böyük hesabla məğlub olmuşuq.

Oyuna fərqli atmosferdə, ab-havada hazırlaşmaq istəyərdik.

Hələ də məyusluğumuz var. Sabah əlimizdən gələni edəcəyik ki, nəticə bizim üçün pozitiv olsun.

Qələbə qazanmaq çox vacibdir. Son oyuna qədər avrokuboklarda çıxışımız uğurlu alınırdı.

Komandamdan əzmkar, aqressiv, baxımlı oyun gözləyirəm".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Konfrans Liqasının pley-off mərhələsində "Omoniya"ya (Kipr) qarşı keçirəcəkləri cavab oyunundan (ilk matç - 0: 6) öncə deyib.

Mütəxəssis ilk görüşdəki darmadağına görə məyus olduqlarını, lakin həmin matçı arxada qoyduqlarını söyləyib: "Üç gün ərzində iki məğlubiyyət almışıq. Həmin oyunlardan gözləntilərimiz o deyildi. Amma futbolun gözəlliyi ondadır ki, hər şey sənin gözlədiyin kimi olmur. "Omoniya" ilə matçda buraxdığımız qollara baxanda görürsən ki, bu, biz deyildik. Həmin gün bizim üçün bu mövsümün ən uğursuz oyunu oldu. Ola bilər ki, rəqib bizdən daha yaxşı oynayırdı. Amma görünür ki, həyəcan, erkən buraxılan qolların məyusluğu təsir etdi. Kollektiv olaraq həmin oyunları unutmuşuq, önümüzə baxırıq. Məyusluğun olması normaldır. Tam olaraq sabahkı oyuna köklənirik. Qələbə qazanmaq çox vacibdir. Əlimizdən gələni edəcəyik ki, ilk oyundakı nəticəni unutduraq".

Baş məşqçi sabah sonadək mübarizə aparacaqlarını bildirib: "Əsas düşüncəmiz ondan ibarətdir ki, hər top uğrunda mübarizə aparaq. Hər şey bizim üçün uğurlu alınsa, sona qədər mübarizə aparmaq istəyirik".

R.Sadıqov "Pley-offa yüksəlməyi məşqçilik karyeranızda zirvə hesab edirsiniz" sualını belə cavablandırıb: "Çempionatda 2-ci yeri d asan əldə etməmişdik. Rəqiblərimizin hansı səviyyədə olduğunu nəzərə almaq lazımdır. Düşünürəm ki, həm Premyer Liqada 2-ci yer, həm də pley-off məşqçilik karyeramın zirvəsidir".

Sözügedən görüş bu gün "Dalğa Arena"da keçiriləcək və saat 20:00-da start götürəcək. Kiprdəki ilk matçda "Omoniya" 6 cavabsız qolla qalib gəlib.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 22:40 "Sabah" icarəyə verdi