COP29

"Zirə" Kipr faciəsini unutdurmaq üçün nə etməlidir?

29 Avqust 16:00 Zirə 368
"Zirə" Kipr faciəsini unutdurmaq üçün nə etməlidir?

Uğurlu avrokubok mövsümü keçirən "Zirə"nin yolun sonuna gəldiyini indidən demək olar.

Düzdü, hələ qarşıda Konfrans Liqasının pley-off mərhələsinin "Omoniya" ilə cavab görüşü var.

Acı da olsa etiraf edək ki, Kiprdəki 0:6 hesablı məğlubiyyətdən sonra "qartallar"ın nəyəsə ümid etməsi ağılsızlıq olar.

Heç futbol ictimaiyyətinin də belə bir gözləntisi yoxdur.

Lakin təmsilçimiz əl-qolunu da yanına salmalı deyil.

Qrup mərhələsinə vəsiqə qazanmaq mümkün olmaya bilər.

Lakin qapını bərk çırpmaq pis olmazdı.

Digər tərəfdən 0:6-nın təsadüfi olduğunu sübut etmək əzmi də futbolçulara əlavə güc verməlidir.

Ən azı təsəlli qələbəsi üçün mübarizə aparmaq lazımdır.

Kipr faciəsini unutdurmaq üçün yeganə şans da saymaq olar.

Əldə olunacaq qələbə ölkə reytinqinə xallar qazandıracaq.

Həm də "Zirə"nin tarixindəki ən uğurlu avrokubok mövsümünü haqq etdiyi major notda bitirməsinə vəsilə olacaq.

Qısası, kiprlilər önündəki qələbə bu gün üçün işə yaramaya bilər, amma növbəti mövsümlər üçün "Zirə" adına böyük təcrübə saymaq olar.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 22:40 "Sabah" icarəyə verdi