
“Zirə”nin Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi “Omoniya”nın Bakı planı məlum olub.
Nikosiya təmsilçisi ölkəmizə matçdan iki gün əvvəl gəlib.
Avqustun 27-si axşam saatlarında paytaxtımıza enəcək qonaqlar Mərdəkana nisbətən yaxın olan “Wyndham Baku” otelində məskunlaşacaq.
Ertəsi kiprlilərin oyunun keçiriləcəyi “Dalğa Arena” stadionunda oyunöncəsi son məşqi və baş məşq Valdas Dambrauskasın jurnalistlər üçün mətbuat konfransı təşkil olunacaq.
Ötən həftə GSP stadionunda keçirilmiş ilk matç 6:0 hesabı ilə “Omoniya”nın xeyrinə başa çatıb.
Avqustun 29-da “Dalğa Arena”da baş tutacaq cavab dueli 20:30-da start götürəcək.
HƏBİB / SPORTİNFO.AZ