COP29

"Zirə" çarter sifariş etdi

20 Avqust 13:40 Zirə 636
"Zirə" çarter sifariş etdi

Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda Kiprdə "Omoniya" ilə üz-üzə gələcək "Zirə"nin səfər planı bəlli olub.

Bakı klubunun mətbuat xidmətindən Sportinfo.az-a verilən məlumata görə, komanda bu gün, saat 16:30-da çarter reysi ilə Larnaka şəhərinə yollanacaq.

"Zirə" oradan isə Nikosiyaya gedəcək. Avqustun 21-də baş məşqçi Rəşad Sadıqovun mətbuat konfransı və komandanın açıq məşqi olacaq.

Avqustun 22-də GPS stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Cavab görüşü bir həftə sonra gerçəkləşəcək.

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…