COP29

"Zirə" ilə oyundan sonra komandanın yarısı göz yaşlarını saxlaya bilmədi"

17 Avqust 23:20 Zirə 1 636
"Zirə" ilə oyundan sonra komandanın yarısı göz yaşlarını saxlaya bilmədi"

“Osiyek"in kapitanı Vedran Yuqoviç “Zirə”yə qarşı Bakıda keçirilmiş Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin turunun cavab oyunundakı məğlubiyyəti (2:2, penaltilər – 1:2, ilk oyun 1- 1) şərh edib.

Sportinfo.az xəbər verir ki, “Osijek Express” portalına danışan xorvatiyalı “Zirə” səddini keçə bilməmələrini bununla əsaslandırıb:

"Zirə"yə qarşı hər iki görüşdə də son dəqiqələrdə qol buraxdıq. Nə deyəcəyimi bilmirəm.

Danışmaq çətindir. 90-cı dəqiqədə 16 metrdən qayçı zərbəsi ilə qol vurdular...

Bizim üçün asan deyil. Qarşılaşmaya baxanlar gördülər ki, biz hamımız əlimizdən gələni etməyə çalışdıq.

Üstünlük bizdə idi. Görünürdü ki, hər şey də bizim tərəfimizdəydi, bizə qol vurmaq çətin olacaq.

Bunun baş verməsinin yəqin ki, bir səbəbi var. Biz hər şeyi təhlil etməliyik.

Bizim uşaqlar mübarizə sayəsində hər şeyi meydanda qoydular, komandanın yarısı matçdan sonra göz yaşlarını saxlaya bilmədi".

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…