COP29

Rəşad Sadıqov: “Mən onu tənqid etdim, başqa seçimim olsaydı, istərdim ki...” - VİDEO

17 Avqust 03:20 Zirə 380
Rəşad Sadıqov: “Mən onu tənqid etdim, başqa seçimim olsaydı, istərdim ki...” - VİDEO

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Osiyek”ə qarşı keçirdikləri cavab görüşü barədə fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, “qartallar”ın çalışdırıcısı bunları söyləyib:

“Gözlədiyimizdən də gərgin oyun keçdi. Bu mərhələdə elə-belə rəqiblər, oyunlar olmur. Məni sevindirən odur ki, oyunçular gərginliyə dözdülər. Onları təbrik edirəm, onlarla fəxr edirəm. Öpüb-bağrıma basıram. Futbol camiəmizi təbrik edirəm.

Penaltilər seriyasından öncə Tyaqo Silvanı tənqid etdim. “Şerif”lə oyundan sonra ona heç nə deməmişdim. Ehtiyac olmasaydı, deməyəcəkdim. Tənqid elədim ki, aqressivləşsin. Böyük ustalıq göstərdi. Dedim “Şerif”lə oyundakı penaltilərdən narazı qalmışam, özünü göstərməlisən. O da 5 penaltidən 4-nü çıxardı. Asan məsələ deyildi. Bunun öhdəsindən gəldi.

Bu gün 90 dəqiqə oynasaydıq, qəti şəkildə qarşıdakı oyunu təxirə salmayacaqdıq. 120 dəqiqə olub, həkimlərlə, məşqçi heyəti ilə toplantı keçirib, qərar verəcəyik.

Hamı istəyər qrupa düşsün. Rəqibimiz “Omoniya”dır. Onlar haqda heç bir məlumatım yoxdur. “Fehervar”la oyunlarda daha üstün olublar. “Fehervar” da bizə tanış rəqibdir. Onları udublarsa, bu, “Omoniya”nın gücünü göstərir. Seçim olsaydı, digəri ilə düşmək istərdim. Onlar avrokuboklarda təcrübəlidir. Hələ ki, bu haqda danışmaq tezdir. Çempionat oyunu olmasa, sabahdan “Omoniya” haqda düşünəcəyik. Ən yaxşısını edəcəyik ki, qruplara düşək”.

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…