COP29

Azərbaycan klubunu xoşbəxt edən əcnəbinin QİYMƏTİNƏ BAXIN

17 Avqust 00:50 Zirə 4 944
Azərbaycan klubunu xoşbəxt edən əcnəbinin QİYMƏTİNƏ BAXIN

"Zirə" tarixində ilk dəfə Konfrans Liqasının pley-off mərhələsinə yüksəlib.

Sportinfo.az xəbər verir ki, “qartallar” III təsnifat mərhələsində Xorvatiya "Osiyek"indən üstün olub.

Cavab qarşılaşmasında 1:1 hesablı heç-heçə qeydə alındığı üçün əlavə vaxta ehtiyac duyulub. 30 dəqiqədə qapılara qol vurulmadığından penaltilər seriyasına ehtiyac duyulub.

Penaltilər seriyasında "Zirə"nin qapıçısı Tiaqo Silva 4 qurtarış edib. Qəsəbə təmsilçisinin qalibiyyətində böyük sahibi olan portuqaliyalı ötən il transfer olunub.

24 yaşlı qolkiper 2+1 illik müqavilə imzalayıb. Silva daha əvvəl ölkəsində “Vitoriya Gimaraynş”, “Leyşoyş” və “Trofense”nin şərəfini qoruyub.

Hazırda "transfermarkt" portalında Tiaqo Silvanın qiyməti 600 min avro olaraq göstərilir.

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…