COP29

Premyer Liqada son qərar

17 Avqust 00:30 Zirə 366
Premyer Liqada son qərar

Ölkəmizi Konfrans Liqasının pley-off mərhələsində təmsil edəcək “Zirə” Peşəkar Futbol Liqasına rəsmi müraciət edib.

Sportinfo.az xəbər verir ki, klub turnirin pley-off mərhələsinə daha yaxşı hazırlaşmaq məqsədi ilə Premyer Liqanın 3-cü turu çərçivəsində keçiriləcək “Araz Naxçıvan” ilə oyunun təxirə salınmasını, “Şamaxı” ilə 4-cü tur çərçivəsində keçiriləcək səfər oyunu ilə 12-ci turda keçiriləcək ev oyununun yerininin dəyişdirilməsini xahiş edib.

Azərbaycan futbolunun ümumi mənafeyini nəzərə alan Peşəkar Futbol Liqası Zirə klubunun müraciəti, “Araz Naxçıvan” və “Şamaxı”nın razılığı əsasında 2024/25-ci illər futbol mövsümünün Əsasnaməsinin 6-cı maddəsinin 2-ci bəndini rəhbər tutaraq aşağıdakı dəyişikliklər barədə qərar qəbul edib:

Premyer Liqanın 3-cü turunun “Zirə” – “Araz Naxçıvan” oyunu təxirə salınır, komandaların əvəzedici heyətləri arasında baş tutacaq oyun əvvəlcədən planlaşdırıldığı kimi oynanılır. Təxirə salınmış oyunla bağlı əlavə məlumat veriləcək.

2024/25-ci illər mövsümünün təqvimində 4-cü turun “Şamaxı” – “Zirə” oyunu ilə 12-ci turun “Zirə” – “Şamaxı” oyununun yerləri dəyişdirilir, komandaların əvəzediciləri arasında keçirilən oyun əvvəlcədən nəzərdə tutulmuş kimi keçirilir.

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…