COP29

Rəşad Sadıqov bu işi necə bacardı? – VİDEONU QAÇIRMAYIN!

16 Avqust 11:40 Zirə 707
Rəşad Sadıqov bu işi necə bacardı? – VİDEONU QAÇIRMAYIN!

"Möhtəşəm nəticədir.

Bir daha şahid olduq ki, düzgün strategiya, planlaşdırma olduğu təqdirdə, müsbət nəticə qaçılmazdır.

Əsas da bu mövsüm hücum xəttinin gücləndirilməsi fərqli bir komanda meydana çıxarıb".

Bu açıqlama ilə “Sportinfo TV”nin aparıcı eksperti Elçin Cəfərov çıxış edib.

Tanınmış jurnalist Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab matçında Xorvatiyadan "Osiyek"i penaltilər seriyası ilə mübarizədən kənarlaşdıraraq pley-offa yüksələn "Zirə" haqda maraqlı şərhlərlə diqqət çəkib

. Qeyd edib ki, ikinci hissənin son 20 dəqiqəsində edilən dəyişiklik hücum fazasında daha fərqli görüntü ortaya çıxarıb:

"Davit Volkov 70 dəqiqə, demək olar ki, sağ cinahda oynamaqla faydalı iş əmsalı aşağı idi. Ceyhun Nuriyevin meydana daxil olması ilə Volkov daha mərkəzə keçdi.

Bu cür forvardlar cərimə meydançası içərisində daha faydalı olurlar. Bu baxımdan dəyişiklik öz sözünü dedi, baxımlı qola imza atdı.

Qapıçı Tiaqo Silvaya isə yağlı "5" düşür. Komandasını əlləri ilə pley-offa daşıdı".

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…