COP29

“Çəkinəcəyimiz bir şey yoxdur” - İntuisiya ALDATMADI

16 Avqust 11:00 Zirə 497
“Çəkinəcəyimiz bir şey yoxdur” - İntuisiya ALDATMADI

“Zirə”nin qapıçısı Tiaqo Silva Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin “Osiyek”lə cavab oyununda penaltilər seriyasında 5 zərbədən 4-nü dəf edərək matçın qəhrəmanına çevrilib.

Sportinfo.az xəbər verir ki, portuqaliyalı qolkiper pley-offa vəsiqə qazandıqları oyundan sonra sualları cavablandırıb.

- Penaltilər seriyasında “Osiyek”i mübarizədən kənarlaşdıran “Zirə” tarixində ilk dəfə pley-offa adladı. Bu möhtəşəm qələbəni necə şərh edərdiniz?

- Özümüzlə qürur duymalıyıq. Yaxşı çempionatı təmsil edən güclü kollektivə qarşı layiqli mübarizə aparıb qələbə qazandıq. Nəticədən məmnunuq, xoşbəxtik. Artıq bundan sonra “Omoniya” (Kipr) ilə oyunlara köklənməliyik.

- Baş məşqçiniz Rəşad Sadıqov penaltilər seriyasından öncə sizi bir qədər kənara çəkdi, təxminən 1 dəqiqə, dəqiqə yarım nəsə dedi...

- Bəli, baş məşqçimiz mənə yaxınlaşdı və bildirdi ki, “Şerif”lə oyunsonrası penaltilər seriyasındakı çıxışımdan məmnun qalmayıb. Baş məşqçimiz hər zaman doğrularımızı, səhvlərimizi bilir. Mən onun iradlarını pozitiv qəbul edirəm. Bəlkə də elə buna görədir ki, bu dəfə penaltilər seriyasındakı çıxışım çox uğurlu alındı.

- Demək olar ki, “Şerif”lə matçdakı günahınızı yudunuz?

- “Şerif”lə oyundakı penaltilər seriyası “Osiyek”lə matçdakından fərqli idi. Orda demək olar ki, əksər zərbələr qola çevrilmişdi. Hər oyun bir təcrübədir. Səhvlərimizdən öyrənirik.

- Siz penaltilər seriyasında zərbələri dəf etdikcə komanda yoldaşlarınız da şanslarını boşa verirdilər. Həmin anda hansı hissləri keçirirdiniz?

- Rəqib qapıçı da 3 penalti dəf etdi. Normalda sən rəqibin 3 zərbəsini qaytarmısansa, qalib olursan. “Osiyek”in qapıçısı qola imkan vermədikcə, mən daha da gərgin olurdum. Düşünürəm ki, eynilə mən də penaltini dəf etdikcə rəqibdə gərginlik yaranırdı. Çox şükür ki, sonda biz daha dəqiq olduq və qələbə qazandı.

- 5 penaltidən 4-nü dəf etmək həqiqətən də möhtəşəm göstəricidir. Bu yüksək performansı nə ilə izah edə bilərsiniz?

- Futbol kollektiv oyundur. Biz rəqibin penaltiləri necə yerinə yetirdiyini analiz etmişdik. Demək olar ki, rəqibin ilk 3 penaltini hansı istiqamətə vuracağını analizlərə əsasən bilirdim. Lakin son 2 penaltini intuisiyama əsasən qaytardım. Buna görə də qapıçı yoldaşlarıma və qapıçı məşqçimizə minnətdaram.

- “Omoniya”nın oyununu izləmisinizmi və bu rəqiblə dueldən gözləntiləriniz nədir?

- “Omoniya” güclü rəqibdir. Kipr çempionatı kifayət qədər yaxşı yarışdır. Lakin bizim rəqibdən asılı olmayaraq çəkinəcəyimiz bir şey yoxdur. Sona qədər mübarizə aparacağıq. Əlimizdən gələni edəcəyik ki, istədiyimizə nail olaq.

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…