Konfrans Liqasında mübarizə aparan “Zirə” Xorvatiyadakı heç-heçə ilə (1:1) “Osiyek” önündə böyük üstünük qazandı.
Hazırda psixoloji üstünlük bizimkilərin tərəfindədir. Doğma meydan və azarkeş amili də hansısa mənada özünü göstərməlidir.
Lakin bir acı fakt var ki, bunu mütləq və mütləq diqqət yetirmək gərəkir. Xorvatlar üçün evdə, yaxud səfərdə oynamağın fərqi yoxdur.
Onlar rəqib meydanında keçirilən matçlarda da qalib gəlməyi bacarırlar.
“Ağ-mavilər” illər öncə səfərdə “Bröndbü”, “Rapid Vyana”, “PSV Eydhoven”, “Austriya” kimi komandaları udmaqla yadda qalıb. Lakin bu dəfə uzaq keçmişə yox, yaxın 3 ilə boylandıq.
“Zirə”nin rəqibi 2021-ci ilin yayından bu yana rəqib meydanında 6 matç keçirib və bunların yalnız 2-də meydanı məğlub tərk edib. 1 halda bərabərlik qeydə alınıbsa, 3 dəfə “Osiyek” qalib gəlib.
“Poqon” – “Osiyek” 0:0
“ÇSKA Sofiya” - “Osiyek” 4:2
“Kızıl-Jar” - “Osiyek” 1:2
“Zalaeqerseq” - “Osiyek” 1:2
“Adana Demirspor” - “Osiyek” 5:1
“Levadiya” - “Osiyek” 0:1
İnanaq və ümid edək ki, “Zirə” adanalıların ötən il “Osiyek”in başına açdığı oyunu təkrarlaya biləcək.
Bu axşam “Dalğa Arena”da baş tutacaq “Zirə” – “Osiyek” dueli saat 20:30-da başlayacaq.
HƏBİB / SPORTİNFO.AZ