COP29

"Zirə" Masazırda qarşılaşdığı problemdən maraqlı çıxış yolu tapdı

17 Avqust 09:40 Zirə 1 111
"Zirə" Masazırda qarşılaşdığı problemdən maraqlı çıxış yolu tapdı

"Zirə" Premyer Liqanın 2-ci turunun "Sabah"la səfər matçında problemlə üzləşib.

Bilirik ki, futbol qaydalarının 4-cü bəndinə görə komandalar meydana fərqli rəngli formalarda çıxmalıdır.

Masazırdakı oyundan öncə məlum olub ki, "Zirə"li futbolçuların corabları rəqib oyunçularla eyni rəngədir - qara.

Bu isə qaydalara ziddir. Belədə qonaq komanda geyimdə düzəliş etməyə məcburdur.

Hakimlərin xəbərdarlığından sonra "qartallar" maraqlı addımla yadda qalıb.

Çarəsiz duruma düşən qonaq tərəf problemin həll yolu kimi getrilərin aşağı hissəsindən göy rəngli əzələ bantı vurmaqda görüblər.

Və bu addım işə yarayıb.

Xatırladaq ki, matç "Zirə"nin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…