«Çoxdandır 90 dəqiqə oynamırdım».
Bu sözləri Sportinfo.az-a açıqlamasında «Zirə»nin hücumçusu Eldar Quliyev deyib.
Ukrayna yığmasının da üzvü olan forvard daha çox şans qazanmağı arzuladığını bildirib:
«Premyer Liqanın ilk turunda belə bir imkan əldə etdim. Sevinirəm ki, «Səbail»ə 4:1 hesabıyla qalib gəldik.
90 dəqiqə meydanda qaldım. Buna kimi bu qədər şans almırdım.
Ona görə də əvvəldən sona qədər mübarizə aparmaq bir qədər çətin idi. Çox istərdim ki, qarşıdakı matçlarda da bu fürsət mənə verilsin.
Komandamın qələbəsi üçün əlimdən gələni əsirgəmirəm».