“Zirə” "Kəpəz"dən ayrılan daha bir futbolçu ilə anlaşıb.
Qəsəbə təmsilçisi Georgi Papunaşvilini heyətinə qatıb.
Gürcüstanlı yarımmüdafiəçi ilə "1+1" illik müqavilə bağlanıb.
28 yaşlı legioner karyerası ərzində ölkəsinin “Dinamo”(Tbilisi), “Telavi”, «Samtredia”, “Torpedo” (Kutaisi) Almaniyanın “Verder”, İspaniyanın “Saraqosa”, “Rasinq”, Kiprin “Apollon”, Serbiyanın “Radniçki” klublarında çıxış edib.
Papunaşvilinin son klubu “Kəpəz” olub. Gürcüstan millisinin də şərəfini qorumuş pleymeker 17 matçda 3 dəfər fərqlənib.
"Zirə" daha əvvəl "Kəpəz"dən ayrılan Elçin Əlicanov və Martis Junioru heyətinə qatıb.
"Pupu"nun "Zirə"nin danışıqlar aparması barədə ilk xəbər saytımıza məxsusdur. Hələ mayın sonu, iyunun ilk günlərində bu haqda məlumatı tirajlamışıq.
Görüşmələrin bir belə uzanması sırf maliyyə şərtləri ilə bağlıdır. "Kəpəz"də 6500 dollar maaş almış gürcü "qartallar"dan bundan iki dəfə artığını istəyib.
Uzun sürən danışıqların axırında tərəflər ortaq məxrəcə gələ bilib. Papunaşvili 10 min dollar civarında əməkhaqqıya razı olub.
SPORTİNFO.AZ