COP29

“Zirə” yenə qələbə qazandı, Avropada yoluna davam etdi

2 Avqust 00:21 Zirə 684
“Zirə” yenə qələbə qazandı, Avropada yoluna davam etdi

“Zirə” bu gün Konfrans Liqasının 2-ci təsnifat mərhələsində cavab oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, qəsəbə təmsilçisi Slovakiyada “Dunayska Streda” ilə üz-üzə gəlib.

Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda Bakıda rəqibini 4:0 hesabı ilə məğlub etmişdi.

Səfər matçında da inamlı çıxış edən Azərbaycan təmsilçisi növbəti qələbə sayəsində turnirin 3-cü təsnifat mərhələsinə adlayıb.

1 avqust

"Dunayska Streda" – "Zirə "1:2
Qollar: Aleks Mendes, 40 – Rafael Utziq, 25. Qismət Alıyev, 57-pen.
Qırmızı vərəqə: Romarik Yapi, 56.
Hakimlər: Yovan Kaçevski, Slaqyan Markoski, Branko Putilin, İvana Proykovska (hamısı Şimali Makedoniya).
Dunayska Streda. “DAC Arena”.
İlk oyun – 0:4.

"Dunayska Streda": 41. Alkesandr Popoviç, 91. Romarik Yapi, 33. Taras Kaçaraba, 16. Mateus Brunetti, 8. Milan Dimun, 17. Yoan Anduzana, 24. Kristian Herç, 6. Mahmudu Baxo, 18. Aleks Mendes, 99. Ladislav Almasi, 46. Matey Trusa
Ehtiyat oyunçular: 1. Samuel Petras, 30. Atilla Nemet, 7. Yan Bernat, 9. İvan Dolçek, 13. Levente Bosze, 23.Damir Redziç, 2. Milan Vitaliş, 68. Mate Tuboli.
Baş məşqçi: Xisko Munyos.

"Zirə" 97. Tiaqo Silva, 32. Qismət Alıyev (k), 4. Ruan Renato, 3. Ange Mutsinzi, 70. İssa Cibrilla, 11. Rüstəm Əhmədzadə, 21. Hacıağa Hacılı, 8. İsmayıl İbrahimli, 29. Ceyhun Nuriyev, 23. Rafael Utziq, 90. Davit Volkov.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 99. Səlim Həşimov, 5. Stefan Aka, 6. Eldar Quliyev, 7. Məqsəd İsayev, 14. Elçin Əlicanov, 16. Fuad Bayramov, 28. Abbas İbrahim, 18. Martins Junior.
Baş məşqçi: Rəşad Sadqov.

Digər Xəbərlər
Xəbər Lenti