COP29

Saat və məsafə - “Zirə”nin işinə əngəl olan səbəblər

1 Avqust 21:40 Zirə 654
Saat və məsafə - “Zirə”nin işinə əngəl olan səbəblər

Konfrans Liqasında mübarizə aparan “Zirə” növbəti sınaq qarşısındadır.

Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv bu gün “DAC 1904”ün qonağı olacaq.

"Qartallar” Slovakiyada ümid etdiyi azarkeş dəstəyini görə bilməyəcək.

İş burasındadır ki, oyunun keçiriləcəyi Dunayska-Streda paytaxt Bratislavadan 35-40 dəqiqəlik məsafədə yerləşir. Üstəlik, bir qədər uyğunsuz vaxtda, yerli saatla 20:30-da.

Oyunun gec saatlarında başa çatması və Dunayska-Stredadan digər ölkələrə qayıtmaq problem yaratdığından, oyunu izləmək üçün əsasən Slovakiyada və Macarıstanda yaşayan həmyerlilərimizin əziyyətə qatlaşacağını deyə bilərik. Ən yaxşı halda 40-50 nəfər.

Avqustun 25-də Bakıda baş tutan ilk görüşdə təmsilçimiz 4:0 hesabı ilə qələbə qazanıb.

Avqustun 1-də “MOL Arena”da keçiriləcək cavab matçı Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti